×
A
A
A
Sazlamalar

Ümumi inşaat işlərinin 82,3 faizini qeyri-dövlət tikinti müəssisələri görüblər

Bakı, 23 noyabr, AZƏRTAC 

Cari ilin yanvar-oktyabr aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 60,2 faizini tikinti, yenidənqurma və genişləndirmə, 11,6 faizini əsaslı təmir, 7,9 faizini cari təmir, 20,3 faizini isə digər tikinti işləri təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ümumi inşaat işlərinin 82,3 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.
Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 2 milyard 738,3 milyon manatı (83 faizi) Birləşmiş Krallıq, Türkiyə, ABŞ, İsveçrə, Yaponiya, Malayziya, Rusiya, İran, Norveç və Fransa sərmayədarlarına məxsus olub.

 

Tikinti̇ 2019-11-23 11:50:00