×
A
A
A
Sazlamalar

Azərbaycanlı alim beynəlxalq konfransda türk dünyası tarixçilərinin əməkdaşlığından danışıb

Bakı, 22 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı Qazaxıstanın paytaxtı Nur-Sultanda “Avrasiya tarixi irsi: tarixin hüdudları – köklərdən müasirliyə” mövzusunda keçirilən beynəlxalq elmi konfransda iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Qazaxıstan, Azərbaycan, Özbəkistan, Rusiya, Polşa, Ukrayna, Gürcüstan və digər ölkələrin alimlərinin iştirakı ilə keçirilən konfransda M.Qasımlı “Türk dünyası tarixçilərinin əməkdaşlığı: problemlər, mövcud vəziyyət və perspektivlər” mövzusunda məruzə ilə çıxış edib.
Alimin məruzəsi maraqla qarşılanıb.

Elm və təhsil 2019-11-22 14:43:00