×
A
A
A
Sazlamalar

Odessa aeroportunda bütün reyslər ləğv edilib

Kiyev, 22 noyabr, AZƏRTAC

Odessada təyyarə qəzaya uğradığına görə aeroport işləmir, səhər reyslərinin hamısı ləğv edilib.
AZƏRTAC Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, Türkiyəyə məxsus zədələnmiş təyyarə hələ də uçuş zolağındadır.
Aeroportun məlumatında deyilir: “Təyyarənin zolaqdan təxliyə edilməsi üçün avadanlıq Xersona gətirilib. Hazırda orada gömrük rəsmiləşdirilməsi aparılır. Bundan sonra avadanlıq Odessaya gətiriləcək. Bizim xidmətlər tam hazır vəziyyətdədir”.
Bildirilir ki, aviaşirkətlər öz təyyarələrini başqa aeroportlara yönləndirirlər.
Xatırladaq ki, dünən axşam “Odessa” beynəlxalq aeroportunda Türkiyənin “Turkish Airlines” aviaşirkətinə məxsus “Boeing 737” təyyarəsinə sərnişinlər minərkən avialaynerin qabaq şassisi zədələnib. 136 nəfər sərnişin təyyarədən təxliyə edilib.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2019-11-22 14:41:00