×
A
A
A
Sazlamalar

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Bakı, 22 noyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “Müxtəlif sinif kometlərə Günəş aktivliyinin təsiri haqqında” mövzusunda astroseminar keçirilib.
Rəsədxanadan AZƏRTAC-a bildiriblər ki, astroseminarda Bakı Mühəndislik Universitetinin əməkdaşı Həzi Qasımovun mövzu üzrə məruzəsi dinlənilib.
Tədbirdə müəlliflərin son zamanlar günəş-komet əlaqələri üzrə əldə etdiyi yeni qanunauyğunluqlar müzakirə olunub. Qeyd edilib ki, alınan nəticələr yeni kometlərin axtarışında faydalı ola bilər.
Sonra suallar cavablandırılıb.

Elm və təhsil 2019-11-22 12:01:00