×
A
A
A
Sazlamalar

Pirotexniki vasitələrin ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 21 noyabr, AZƏRTAC

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 2 fakt üzrə 54 min pirotexniki vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşlarının idarə etdikləri avtomobillər saxlanılıb, gömrük baxışı keçirilib. Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən ümumilikdə 54 min ədəd pirotexniki vasitə aşkarlanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-11-21 18:42:00