×
A
A
A
Sazlamalar

Azərbaycanda 323 min ton metanol istehsal olunub

Bakı, 20 noyabr, AZƏRTAC

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 74,7 min ton propilen (ondan əmtəəlik 74,4 min ton), 85,5 min ton polietilen, 98 min ton etilen, 323 min ton metanol (metil spirti) istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 10 ayda kimya sənayesində məhsul buraxılışı ötən ilin eyni ayları ilə müqayisədə 26,5 faiz artıb. Noyabrın 1-nə 0,9 min ton propilen və 0,8 min ton polietilen hazır məhsul ehtiyatı kimi qalıb.
Hesabat dövründə propilen istehsalı 59,2 faiz, etilen istehsalı isə 14,5 faiz artıb.

Sənaye 2019-11-20 12:39:00