×
A
A
A
Sazlamalar

Azərbaycan qılıncoynadanı dünya kuboku turnirinin finalçısına uduzub

Bakı, 19 noyabr, AZƏRTAC
Sablya üzrə yığma komandamızın üzvü Aysel Əhədova Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən gənclərin Dünya Kubokunun mərhələ yarışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, qrup mərhələsində keçirdiyi 6 görüşdən 3-nü qalib başa vuran Aysel, onaltıdabir finalda turnirin gümüş mükafatçısı Nisanur Erbilə 7:15 hesabı ilə uduzub.

İdman 2019-11-19 01:44:00