Atatürk hava limanında söküntü işlərinə başlanılıb
İstanbul, 19 noyabr, AZƏRTAC
İstanbulun Atatürk hava limanında söküntü işlərinə başlanılıb.
Bu barədə Türkiyənin Dövlət Hava Limanları Təşkilatının Baş Müdirliyindən AZƏRTAC-a məlumat verilib.
Bildirilib ki, bu ilin aprel ayında son köçürmə işlərindən sonra aeroportun fəaliyyəti qismən dayandırılıb. Belə ki, artıq bu hava limanından rəsmi və biznes uçuşları həyata keçirilir.
Plana əsasən aeroportun ərazisində inşa ediləcək “Millət bağçası”nın tikintisi üçün ərazidə yerləşən bəzi obyektlərin və binaların sökülməsinə başlanılıb. Söküntü işlərinin iki ay davam edəcəyi bildirilir.
Qeyd edək ki, ümumilikdə, 11 milyon 776 min 961 kvadratmetrlik ərazidə yerləşən bu aeroport son 18 ildə 665 milyon sərnişinə xidmət göstərib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır