×
A
A
A
Sazlamalar

Uşaq Hüquqları Aylığı çərçivəsində silsilə tədbirlər davam edir

Bakı, 18 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə oktyabrın 20-dən noyabrın 20-dək ölkəmizdə Uşaq Hüquqları Aylığı keçirilir.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu layihə çərçivəsində Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) nəzdində fəaliyyət göstərən Liderlik Məktəbində, Suraxanı rayonu 118 nömrəli tam orta, Bakı-Oksford və digər məktəblərdə, həmçinin Göygöl rayonundakı Heydər Əliyev Mərkəzində, Gəncə şəhər M.C.Paşayev adına 39 saylı və Daşkəsən şəhər Nəsimi adına 1 nömrəli tam orta məktəblərdə, Biləsuvar şəhər N.Gəncəvi adına 1 saylı və Cəlilabad şəhər Şah İsmayıl Xətai adına 1 saylı tam orta məktəblərdə, Qax şəhər 4 saylı və Şəki şəhər 12 saylı orta məktəblərdə, Balakən rayonu Mahamalar kəndində, Qusar şəhər 1 saylı və Quba şəhər 7 saylı tam orta məktəblərdə silsilə tədbirlər keçirilib.
Ombudsman Aparatının nümayəndələri tədbirlərdə çıxış edərək təsisatın insan hüquqları, o cümlədən uşaq hüquqları sahəsində çoxşaxəli fəaliyyəti barədə ətraflı məlumat verib, iştirakçıların çoxsaylı suallarını cavablandırıblar.
Aylıq çərçivəsində silsilə tədbirlər davam etdirilir.

Cəmiyyət 2019-11-18 19:15:00