×
A
A
A
Sazlamalar

Türkiyəli psixiatr tələbələrə mühazirə oxuyub

Bakı, 18 noyabr, AZƏRTAC

Türkiyənin Özəl Boylam Xəstəxanasının qurucusu, psixiatr professor Ertuğrul Köroğlu Xəzər Universitetinin magistr tələbələrinə növbəti klinik psixologiya ilə bağlı mühazirə oxuyub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, professor Ertuğrul Köroğlunun pasiyentlərlə şəxsi praktiki videoları tələbələrin böyük marağına səbəb olub.
Professor dərsin sonunda öz təəssüratlarını bölüşərək, tələbələrin aktiv və həvəsli olmasından bir müəllim kimi qürurlandığını və Xəzər Universiteti ilə əməkdaşlıqdan məmnun olduğunu bildirib.
Qeyd edək ki, professor Ertuğrul Köroğlu cari ilin dekabrında növbəti mühazirə üçün yenidən tələbələrlə görüşəcək.

Elm və təhsil 2019-11-18 19:02:00