×
A
A
A
Sazlamalar

Ədliyyə Nazirliyi ağacəkmə kampaniyasına başlayıb

Bakı, 18 noyabr, AZƏRTAC

22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən ağacəkmə kampaniyası keçirilib.
Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində respublikamızda ətraf mühitin mühafizəsinə, ekoloji durumun yaxşılaşdırılmasına, xüsusilə yaşıllaşdırmaya mühüm önəm verib, bu məqsədlə geniş və çoxşaxəli proqramlar qəbul olunaraq məqsədyönlü tədbirlər həyata keçirilib. Dahi rəhbərin müəyyən etdiyi ekoloji siyasət bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə öz bəhrəsini verir. Son dövrlər davamlı olaraq genişmiqyaslı ağacəkmə aksiyaları reallaşdırılır. Dövlətimizin başçısının və respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın keçirilən bu aksiyalarda iştirakı, Fondun təşəbbüsü ilə hazırda “Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsinin təşviqi xüsusi qeyd olunmalıdır.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ölkə rəhbərliyinin bu xeyirxah və nəcib təşəbbüsünü dəstəkləyən nazirlik ağacəkmə aksiyalarına fəal qoşularaq, ətraf mühitin yaşıllıq zonasına çevrilməsi, vətəndaşların sağlam həyatının təmin olunması məqsədilə ağacəkmə aksiyasına başlanılıb.
Nazirliyin kollektivinin, həmçinin rəhbər işçilərinin, eləcə də gənc ədliyyə könüllülərinin böyük həvəslə iştirakı ilə təkcə Bakı şəhərinin Xəzər rayonu ərazisində təşkil olunmuş aksiyada həmin gün 1000-dən çox müxtəlif növ ağac əkilib, təmizlik və abadlıq işləri aparılıb.

Sosial 2019-11-18 18:41:00