×
A
A
A
Sazlamalar

Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndəsi Kalininqraddakı tədbirdə iştirak edib

Bakı, 18 noyabr, AZƏRTAC

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Polşa və Rusiyanın Kalininqrad şəhəri üzrə nümayəndəsi Tofiq Rzayev Norveçin Rusiyadakı səfirinin başçılıq etdiyi nümayəndə heyətinin Kalininqrada səfəri ilə əlaqədar Rusiya ilə Norveç münasibətlərinə həsr olunmuş tədbirdə iştirak edib.
ASK-dan AZƏRTAC-a bildirilib ki, iki ölkə arasında tarixi və mədəni münasibətlərə həsr edilmiş tədbirə Norveçin ictimai və işgüzar dairələrinin nümayəndələri qatılıb. Tədbirdə T.Rzayev Norveçin yüksək vəzifəli şəxsləri – Kənd Təsərrüfatı və Balıqçılıq Komitəsinin sədri, səfirin iqtisadi məsələlər üzrə müavini, habelə Norveç səfiri ilə görüşərək ASK barədə məlumat verib, aktual mövzularda fikir mübadiləsi aparıb.
Norveçli iş adamları Rusiya, Norveç və Azərbaycanda nərə balığının yetişdirilməsi üzrə “Akvakultura” layihəsində iştirakla bağlı niyyətlərini ifadə ediblər.

İqtisadiyyat 2019-11-18 18:29:00