×
A
A
A
Sazlamalar

Karateçimiz İrina Zaretska Fransa kubokunu qazanıb

Bakı, 18 noyabr, AZƏRTAC

Karate üzrə Azərbaycan milli komandasının üzvü İrina Zaretska çıxış etdiyi fransız klubunun heyətində növbəti dəfə ölkə kubokuna sahib olub.
AZƏRTAC xəbər verir ki, karateçimiz komanda yarışlarında Fransa çempionu adını qazanıb.
İ.Zaretska noyabrın sonu, dekabrın əvvəlində Madriddə “Karate1” Premyer Liqasının sonuncu mərhələsində digər idmançılarımızla birgə çıxış edəcək.

İdman 2019-11-18 18:11:00