Bu həftə 10 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək
Bakı, 18 noyabr, AZƏRTAC
Sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, mineral gübrələrin güzəştli şərtlərlə növbəti səyyar satışı Qax, Şəki, Oğuz, Biləsuvar, Masallı, Astara, Cəlilabad, Ağcabədi, Yevlax və Ağdaş rayonlarında təşkil ediləcək.
Səyyar satışlar noyabrın 19-da Qaxın Cəlayır, Biləsuvarın Xırmandalı və Ağcabədinin Avşar kənlərində, noyabrın 20-də Qaxın Şotavar, Masallının Təklə və Ağcabədinin Yuxarı Qiyaməddinli kəndlərində, noyabrın 21-də Şəkinin Baş Zəyzid, Astaranın Şuvu və Yevlaxın Xaldan kəndlərində, noyabrın 22-də Şəkinin Baş Küngüt, Cəlilabadın Şiləvəgən və Ağdaşın Ağzıbir kəndlərində, noyabrın 23-də isə Oğuzun Bayan, Cəlilabadın Kövüzbulaq və Ağdaşın Ərəbkükəl kəndlərində baş tutacaq.
Həmçinin ətraf kəndlərin sakinləri də tələb olunan sənədləri - torpaq aktı və ya çıxarış, icra nümayəndəsindən ərizə-məlumat formasını və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə 70 faiz güzəştdən yararlanaraq mineral gübrə ala bilərlər.
Səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq üçün 1652 Çağrı Mərkəzi və (+99451) 255-93-83, (+99451) 229-32-07 əlaqə nömrəsinə müraciət etmək lazımdır.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb