×
A
A
A
Sazlamalar

XIV Respublika spartakiadasının voleybol yarışları keçirilib

Bakı, 18 noyabr, AZƏRTAC

“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə orta ixtisas təhsil müəssisələri tələbələri arasında XIV Respublika spartakiadası davam edir.
AZƏRTAC xəbər verir ki, qızlar arasında keçirilən voleybol yarışında ən yüksək nəticəni Bakı 2 nömrəli Baza Tibb Kollecinin idmançıları göstəriblər. Bakı Dövlət Sosial-İqtisad və Bakı Rabitə və Nəqliyyat kolleclərinin komandaları sonrakı pillələrdə qərarlaşıblar.
Oğlanların yarışında isə Bakı Dövlət Sosial-İqtisad Kollecinin yığması birinci yeri tutub. İkinci və üçüncü yerlərə Bakı Rabitə və Nəqliyyat, Azərbaycan Dövlət Pedaqoji kolleclərinin voleybolçuları layiq görülüblər.

İdman 2019-11-18 17:43:00