“Payız ovqatı” adlı “nağıl saatı” təşkil olunub
Bakı, 18 noyabr, AZƏRTAC
Yasamal rayon Mərkəzi Kitabxanasının böyük metodisti İradə Hüseynova 173 nömrəli tam orta məktəbin 2-ci sinif şagirdləri ilə “Payız ovqatı” adlı “nağıl saatı” keçirib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, şagirdlərə uşaq yazarı Mehriban Nağıyevanın “Paxıl toyuq”, “Əsmərin sehirli zənbili”, “Dərdli kirpi”, “Çiçəkləri yolan qız” nağılları söylənilib. Bu nağıllar uşaqları lovğalıq, paxıllıq və pislik kimi mənfi xüsusiyyətlərdən çəkindirir, onlara dostluğu və mənəviyyatı aşılayır. Şagirdlər nağıllar barədə maraqlı fikir yürüdüblər.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir