×
A
A
A
Sazlamalar

Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib

Bakı, 18 noyabr, AZƏRTAC

Çin nümayəndə heyəti Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında nəqliyyat üzrə işçi qrupun yaradılması ilə əlaqədar ölkəmizə səfərə gəlib. Səfər çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Çinin Nəqliyyat Nazirliyinin Nəqliyyat Xidmətləri Departamentinin baş direktoru Xu Yahuanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasında nəqliyyat və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi, o cümlədən “Şərq-Qərb” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində həyata keçirilən yükdaşımalarında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələləri müzakirə edilib.
Qeyd edək ki, adıçəkilən işçi qrupun yaradılması ilə bağlı razılıq Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının bu il fevralın 28-də Pekində keçirilmiş VII iclası zamanı əldə olunub.

Nəqliyyat 2019-11-18 16:50:00