×
A
A
A
Sazlamalar

Səbail rayonunda layihə formatının hazırlanması mövzusunda gənclər üçün təlim keçirilib

Bakı, 18 noyabr, AZƏRTAC

Noyabrın 18-də YAP Səbail rayon Könüllülər Birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması”, “Layihənin biznes planın hazırlanması və büdcəsinin tərtib olunması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi.
AZƏRTAC xəbər verir ki, YAP Səbail rayon Könüllülər Birliyinin sədri Rəşad İmanov çıxış edərək gənclərə fəaliyyətlərində uğurlar arzulayıb.
“PR Academy”nin məzunu, layihə meneceri Ümid Orucov “Layihə formatının hazırlanması” və “Layihənin biznes planın hazırlanması və büdcəsinin tərtib olunması” mövzularında iştirakçılara təlim keçib.
YAP Səbail rayon Könüllülər Birliyinin İctimai əlaqələr departamentinin sədri Taleh Mansurov ictimaiyyətlə əlaqələr və ictimai fəaliyyətin təşkili ilə bağlı çıxış edib. Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı çərçivəsində ölkədə gənclər siyasəti və gənclərə yaradılan şəraitdən danışan T.Mansurov ictimai fəaliyyətin onların həyatındakı önəmindən bəhs edib.
Sonda YAP Səbail rayon Könüllülər Birliyinin icraçı direktoru Fərid Hüseynquliyev qurumun fəaliyyəti haqqında ətraflı məlumat verib, gəncləri bu işlərdə yaxından iştiraka dəvət edib.
Sonda tələbələrin sualları cavablandırılıb.

Cəmiyyət 2019-11-18 16:32:00