×
A
A
A
Sazlamalar

Süd idxalı azalıb

Bakı, 18 noyabr, AZƏRTAC
On ayda ölkəyə 7003 ton süd idxal edilib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, yanvar-oktyabr aylarında idxal edilən südün dəyəri isə 11 milyon 407 min ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin eyni aylarında 10 milyon 160 min dollarlıq 7 min 254 ton süd idxal edilib.

İqtisadiyyat 2019-11-18 15:46:00