×
A
A
A
Sazlamalar

Plastmas və onlardan hazırlanan məmulatların ixracında artım olub

Bakı, 18 noyabr, AZƏRTAC

Bu ilin yanvar-oktyabr aylarında ölkədən 217 min 927 ton plastmas və onlardan hazırlanan məmulatlar ixrac edilib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac olunan məhsulun dəyəri 161 milyon 185 min ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin müvafiq dövründə Azərbaycandan 103 milyon 560 min dollarlıq 137 min 952 ton plastmas və onlardan hazırlanan məmulatlar göndərilib.

İqtisadiyyat 2019-11-18 15:44:00