Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Professor Mətin Doğan: Xocalı soyqırımı haqqında həqiqətlərin dərsliklərə salınması mühüm məsələlərdəndir VİDEO

Ankara, 18 noyabr, AZƏRTAC
Xocalı soyqırımı tarixdə türk-müsəlman coğrafiyasında törədilən ən ağır hadisələri mahiyyətcə təsdiq edən və müasir dövrdə törədilmiş soyqırımdır. Bu soyqırımın təfərrüatlarını dünya ictimaiyyətinə çatdırmaq və gələcək nəsillərə ötürmək çox vacibdir.
Bu fikirləri Yıldırım Bəyazid Universitetinin təsisçisi, professor Mətin Doğan Ankarada keçirilən Xocalı soyqırımı təqdimat mərasiminin əhəmiyyətini AZƏRTAC-a şərh edərkən deyib. Professor bildirib ki, Xocalı soyqırımı barədə həqiqətlərin dərsliklərə salınması ən mühüm məsələlərdən biridir.
Qeyd edək ki, Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyi ilə Ankaradakı Yıldırım Bəyazid Universiteti (YBU) arasında imzalanan anlaşmaya əsasən YBU ərazisində Xocalı soyqırımı Park-abidə kompleksi salınır.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Qan yaddaşı 2019-11-18 11:53:00

Video