×
A
A
A
Sazlamalar

Azərbaycanda təbii qaz istehlakçılarının sayı 2 milyon 257 min 156-ya çatıb

Bakı, 18 noyabr, AZƏRTAC

Noyabrın 1-nə “Azəriqaz” İstehsalat Birliyinin istehlakçılarının sayı 2 milyon 257 min 156-ya bərabər olub.
Birlikdən AZƏRTAC-a bildirilib ki, bu ilin yanvar-oktyabr ayları ərzində “Azəriqaz”da əhali sektoru üzrə 74 min 229 yeni abonent qeydiyyata alınıb. Onlardan 41 min 487-si Bakı, Abşeron və Sumqayıt, 32 min 742-si isə regionlar üzrədir.
Oktyabr ayı ərzində isə əhali sektoru üzrə 9 min 105 yeni abonent qeydiyyata alınıb ki, bunun da 5196-sı Bakı, Abşeron və Sumqayıt, 3 min 909-u isə regionların payına düşür.

Neft - qaz 2019-11-18 11:25:00