×
A
A
A
Sazlamalar

Gəncədə uşu üzrə respublika turnirinə start verilib

Bakı, 17 noyabr, AZƏRTAC
Noyabrın 17-də Gəncə Olimpiya İdman Kompleksində uşunun sanda növü üzrə yeniyetmələr, gənclər və böyüklər arasında respublika turnirinə start verilib.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Uşu Federasiyasının birgə təşəbbüsü ilə keçirilən yarışda 200-ə yaxın idmançı iştirak edir.
Turnirə Bakı, Gəncə, Göyçay, Mingəçevir, Şəki və Ağcabədi klubları qatılıblar.

İdman 2019-11-17 15:25:00