Azərbaycan “Tokio 2020”yə 10 lisenziya qazanıb
Bakı, 17 noyabr, AZƏRTAC
Azərbaycan idmançıları indiyədək “Tokio 2020” Yay Olimpiya Oyunlarına 10 lisenziya qazanıblar.
AZƏRTAC xəbər verir ki, Anna Skidanın (çəkicatma), güləşçilər Mariya Stadnik (50 kq) və Şərif Şərifovun (97 kq), bədii gimnastımız Zöhrə Ağamirovanın, bədii gimnastika üzrə qrup hərəkətləri komandamızın, güllə atıcımız Ruslan Lunyovun, üzgüçümüz Maksim Şemberevin, idman gimnastları Marina Nekrasova və İvan Tixonovun, həmçinin kişilər arasında şose velosipedi növündə 1 idmançımızın dördilliyin zirvə yarışında ölkəmizi təmsil edəcəkləri dəqiqləşib.
Qeyd edək ki, “Rio 2016” Yay Olimpiya Oyunlarına 56 idmançı ilə qatılan Azərbaycan komandası 1 qızıl, 7 gümüş və 10 bürünc medala sahib olub.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir