“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edən Xətai rayon məktəblilərinin qarşılanma mərasimi olub
Bakı, 16 noyabr, AZƏRTAC
Noyabrın 16-da “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Xətai rayon məktəblilərinin Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə səfəri başa çatıb. Səfərdən qayıdan məktəbliləri Heydər Əliyev adına istirahət parkında Xətai Rayon İcra Hakimiyyətinin rəhbərliyi və valideynlər qarşılayıblar.
AZƏRTAC xəbər verir ki, qarşılanma mərasimində çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Etibar Əhmədov, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışıb. Bildirilib ki, turun keçirilməsində əsas məqsəd ölkəmizin rayonlarını, tarixi abidələri, muzeyləri şagirdlərə daha da yaxından tanıtmaqdır.
Maarifləndirici tur-aksiya çərçivəsində Gəncədə, Şəmkir və Göygöl rayonlarında keçirilən “Nə, Harada, Nə zaman?” intellektual bilik yarışmasında Xətai məktəblilərinin komandası birinci və üçüncü yerlərə layiq görülərək iki kubok qazanıb.
Tədbirdə tur-aksiyanın iştirakçısı olan şagirdlər, eləcə də müəllimlər və valideynlər təəssüratlarını bölüşüb, yaradılan şəraitə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarnı bildiriblər.
Bakıda Qafqaz Albaniyası mövzusuna həsr olunmuş XI beynəlxalq elmi konfrans başa çatıb
FHN: “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın söndürülüb VİDEO
“Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb VİDEO
“Taxta bazarı”ndakı yanğının söndürülməsinə 15 texnika və 70 nəfər cəlb olunub