×
A
A
A
Sazlamalar

Hüquqi şəxslər torpaq vergisini dövlət büdcəsinə ödəməlidirlər

Bakı, 16 noyabr, AZƏRTAC 

Bələdiyyə mülkiyyətində olan müəssisə bələdiyyə mülkiyyətində olan torpağı istifadə edirsə, müəssisə torpaq vergisini hansı büdcəyə ödəməlidir?
Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən AZƏRTAC-a bildirilib ki, bütün hallarda hüquqi şəxslər tərəfindən torpaq vergisi dövlət büdcəsinə ödənilir. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi isə yerli büdcəyə ödənməlidir.

Maliyyə 2019-11-16 14:24:00