×
A
A
A
Sazlamalar

Hava limanı istiqamətində yollarda sürət həddi endirilib

Bakı, 15 noyabr, AZƏRTAC

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-hava limanı-Bilgəh və Zığ dairəsi-hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi saatda 20 kilometr endirilib.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir. Hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyatlı olmaları tövsiyə edilir. Sürücülərdən yollarda sürət həddinə əməl etmələri, meteoroloji amilləri nəzərə almaları və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmaları xahiş olunur.

Nəqliyyat 2019-11-15 19:37:00