×
A
A
A
Sazlamalar

Doktorant və dissertantların nəzərinə

Bakı, 13 noyabr, AZƏRTAC 

Azərbaycan Universitetinin Elm şöbəsi tərəfindən “Tədqiqat, elmi nəticə, elmi məqalə” mövzusunda təlim təşkil olunacaq.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Elm şöbəsinin müdiri Lətifə Ağamalıyevanın aparacağı təlimin məqsədi tədqiqat bacarıqlarının inkişaf etdirilməsi və uğurlu dissertasiya işlərinin hazırlanmasına kömək göstərilməsidir.
Təlim noyabrın 21-də Azərbaycan Universitetinin Təlim və Tədris Mərkəzində saat 10:00-da təşkil olunacaq.
Azərbaycan dilində keçiriləcək təlimdə iştirak etmək istəyən doktorant və dissertantlar (+99412) 431 41 12 (126 və 136) nömrəli telefonla əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat üçün son müraciət tarixi noyabrın 15-dir.

Elm və təhsil 2019-11-13 14:21:00