×
A
A
A
Sazlamalar

Bakıda İtaliya Mətbəxi Həftəsi keçiriləcək

Bakı, 12 noyabr, AZƏRTAC

Noyabrın 12-də “Expo Cafe”də bütün dünyada İtaliya Mətbəxi Həftəsinə həsr olunmuş mətbuat konfransı olub. AZƏRTAC xəbər verir ki, Həftə noyabrın 18-dən 24-dək keçiriləcək.
Mətbuat konfransında bildirilib ki, tədbir çərçivəsində Bakıda ustad dərsləri, məşhur italyan aşpazlarla görüşlər, habelə paytaxtın iri marketlərində İtaliya məhsullarının promo-aksiyaları təşkil olunacaq.
Həftənin əsas məqsədi İtaliya mətbəxini bütün dünyada təbliğ etməkdir.

Mədəniyyət 2019-11-12 22:16:00