×
A
A
A
Sazlamalar

Bayraq Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

Bakı, 12 noyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində Dövlət Bayrağı Gününə həsr olunmuş konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, konsertdə səslənən mahnılar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Baş İdarənin təşəbbüsü ilə növbəti tədbir Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində təşkil olunub. Tədbirdə Dövlət Bayrağı Günü barədə məlumat verilib və konsert proqramı təqdim olunub. Həmçinin “Səbinə” rəqs ansamblı gözəl rəqsləri ilə tamaşaçıların zövqünü oxşayıb.

Mədəniyyət 2019-11-12 18:00:00