×
A
A
A
Sazlamalar

Cari ildə Gürcüstanın hava limanları 4,5 milyon sərnişinə xidmət göstərib

Tbilisi, 12 noyabr, AZƏRTAC

Yanvar-oktyabr aylarında Gürcüstanın hava limanlarında 4 milyon 555 min 673 sərnişinə xidmət göstərilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Hava Limanları Birliyi məlumat yayıb.
Bildirilir ki, bu göstərici illik müqayisədə 4 faiz çoxdur.
Oktyabrda Şota Rustaveli adına Tbilisi beynəlxalq hava limanı istisna olmaqla, ölkənin bütün aeroportlarında sərnişin axınında artım qeydə alınıb. Hesabat ayında Gürcüstan paytaxtının hava limanı 284 min 442 sərnişinə xidmət göstərib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz azdır.
Tbilisi aeroportunda sərnişin axınında azalmaya səbəb isə iyulun 8-dən etibarən Rusiyanın Gürcüstana birbaşa aviareysləri dayandırmasıdır.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Dünya 2019-11-12 13:27:00