×
A
A
A
Sazlamalar

Zaqatala ziyalısı: Nəsiminin 650 illiyi münasibətilə salınacaq yaşıllıqlar ekoloji mühiti daha da sağlamlaşdıracaq

Zaqatala, 12 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimi xalqımızın ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından biridir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Nəsiminin 650 illik yubileyi münasibətilə ölkəmizdə 650 min ağacın əkilməsi ilə bağlı irəli sürdüyü təşəbbüs şairin irsinin daha geniş təbliğinə və xatirəsinin əbədiləşdirilməsinə böyük töhfə olacaq.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Zaqatala ziyalısı, rayon Dövlət Arxivinin müdiri Mahirə Mustafayeva deyib.
Zaqatala rayonu sakinlərinin də bu aksiyada böyük ruh yüksəkliyi ilə iştirak edəcəyini vurğulayan ziyalı bildirib ki, planetimizdə baş verən iqlim dəyişikliyinə qalib gəlmək üçün ağacların əkilməsinin, yeni yaşıllıqların salınmasının çox böyük üstünlükləri, faydası var. “Nəsiminin xatirəsinə əkiləcək 650 min ağac ölkəmizdə ekoloji mühitin daha da sağlamlaşdırılmasına müsbət təsir göstərəcək. Əkiləcək hər bir ağac ekoloji durumu yaxşılaşdıracaq, təbiətimizi gözəlləşdirəcək. Bu nəcib təşəbbüs sayəsində ölkəmiz yaşıllıqlar diyarına çevriləcək, eyni zamanda, dahi Nəsiminin ruhu sevinəcək”,- deyə Mahirə Mustafayeva bildirib.

 

Regionlar 2019-11-12 13:26:00