×
A
A
A
Sazlamalar

Ədliyyə nazirinin müavini Zaqatalada vətəndaşları qəbul edəcək

Bakı, 12 noyabr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, noyabrın 15-də Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini Azər Cəfərov tərəfindən Zaqatala rayonunda vətəndaşların qəbulu keçiriləcək.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Zaqatala rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Zaqatala şəhəri, Car küçəsi, 1) keçiriləcək qəbulda vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.
Vətəndaşlar qəbula Şəki regional ədliyyə idarəsi (ünvan: Şəki şəhəri, 20 yanvar küçəsi 94; əlaqə telefonları: (02424) 4-32-18, 055 634-85-15), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055 925-37-41 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı vasitəsilə, habelə Zaqatala rayonu Heydər Əliyev Mərkəzində yazıla bilərlər.
Eyni zamanda, vətəndaşların rahatlığı üçün nazir müavinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Sosial 2019-11-12 12:28:00