×
A
A
A
Sazlamalar

Gömrük nəzarətindən gizlədilən qızıl və soyuq silahlar aşkarlanıb

Bakı, 12 noyabr, AZƏRTAC

Gömrük nəzarətindən gizlədilən qızıl və soyuq silahlar aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında “Samur” gömrük postunun idxal-gömrük nəzarəti xəttinə Rusiyadan daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə baxış keçirilib. Yoxlama zamanı gömrükçülər nəqliyyat vasitəsinin salonunda olan polietilen paketdə gizlədilən müxtəlif ölçüdə və formada, ümumi çəkisi 15,35 qram təşkil edən qızıl qırıntıları aşkar ediblər.
“Samur” gömrük postunun idxal-minik gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi daha bir minik avtomobilinə baxış zamanı isə nəqliyyat vasitəsindəki yüklərdə 1 ədəd “beşbarmaq” və 3 ədəd bıçaq aşkarlanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.

 

Hadisə 2019-11-12 11:13:00