Esse müsabiqəsi: “Qarabağ Azərbaycandır!”
Bakı, 11 noyabr, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) gənclərin vətənpərvərlik, milli-mənəvi, Vətənə bağlılıq hisslərinin gücləndirilməsi məqsədilə tələbələr arasında keçirilən “Qarabağ Azərbaycandır!” esse müsabiqəsi noyabrın 25-dək davam edir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, müsabiqə “Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır”, “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri”, “Erməni vandalizmi: Əsirlikdə olan dini abidələrimiz”, “Şərq memarlığının incisi – Gövhər ağa məscidi” mövzularını əhatə edir.
Müsabiqənin şərtlərinə əsasən, müəllif yalnız bir mövzuda, heç bir mətbuat orqanında dərc edilməmiş, 2500 sözdən çox olmayan esseni müsabiqəyə təqdim edə bilər. İştirak etmək istəyənlər esse (elektron formada [email protected] elektron poçt ünvanına, həmçinin kağız formada institutun Magistratura və doktorantura şöbəsinə), şəxsiyyət vəsiqəsi və tələbə vəsiqəsinin surətini təqdim etməlidirlər.
Qalib gələn tələbələr mükafatlandırılacaq.
ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb
Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib