×
A
A
A
Sazlamalar

İranda növbəti parlament seçkiləri fevralın 21-də keçiriləcək

Tehran, 11 noyabr, AZƏRTAC

İranda növbəti parlament seçkiləri gələn ilin fevral ayının 21-də keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın Daxili İşlər naziri Əbdülrza Rəhmani Fəzli deyib. O, seçki məntəqəsinin açılışında bildirib ki, dekabr ayının 1-dən seçkilərdə iştirak etmək istəyən namizədlərin qeydiyyatına başlanılacaq.
Xatırladaq ki, İranda namizədlərin qeydiyyatı, seçkiyə hazırlıq və seçkilərin keçirilməsi ölkənin Daxili İşlər Nazirliyi tərəfindən reallaşdırılır.

Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Dünya 2019-11-11 21:28:00