×
A
A
A
Sazlamalar

Bakı Karate-do Akademiyasının yetirmələri dünya birinciliyində 4 qızıl, 2 gümüş medal qazanıblar

Bakı, 11 noyabr, AZƏRTAC

Tbilisidə sport ciu-citsu üzrə uşaq, yeniyetmə və gənclər arasında dünya birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, ölkəmizi yarışda təmsil edən Bakı Karate-do Akademiyasının (BKA) yetirmələri dünya birinciliyində 4 qızıl, 2 gümüş medal qazanıblar. Belə ki, Zaur Mirzəzadə (8-9 yaş, 25 kiloqram), Jasmin Xəlilova (10-11 yaş, 35 kiloqram), Anar Tağızadə (12-13 yaş, 45 kiloqram), Bəxtiyar Məcidov (16-17 yaş, 65 kiloqram) qızıl, Nihat Hüseynli (10-11 yaş, 30 kiloqram), Sadiq Əliyev (16-17 yaş, 55 kiloqram) gümüş medala sahib olublar.

İdman 2019-11-11 19:36:00