×
A
A
A
Sazlamalar

İranda baş verən zəlzələ Culfa və Ordubad rayonlarında zəif hiss edilib

Bakı, 11 noyabr, AZƏRTAC
Noyabrın 11-də yerli vaxtla saat 04:58-də Naxçıvan stansiyasından 83 kilometr cənub-qərbdə İran ərazisində zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, maqnitudası 4,4 olan zəlzələ Culfa və Ordubad rayonlarında zəif hiss edilib.

Ekologiya 2019-11-11 12:55:00