Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycan Kənd Qadınları Assosiasiyası və Qazaxıstan Kənd Qadınları İttifaqı əməkdaşlıq memorandumu imzalayıblar

Nur-Sultan, 9 noyabr, AZƏRTAC
Nur-Sultanda "Qazaxıstan qadınlarının kənd kompleks inkişafına və davamlı inkişaf məqsədlərinə 2030 töhfəsi" adlı II forum keçirilib.
AZƏRTAC xəbər verir ki, forumda ölkənin bütün vilayətlərindən, Azərbaycan, Rusiya, Qırğızıstan, Türkiyə və Özbəkistandan 300-ə yaxın nümayəndə iştirak edib.
Forumda kənd ərazilərinin davamlı inkişafı, rifahın yüksəldilməsi, qadın sahibkarlığının inkişafı və sosial məsələlərin həllində fəal iştirakı vasitəsilə həyat keyfiyyətinin yaxşılaşdırılması mövzusunda müzakirələr və təcrübə mübadiləsi aparılıb.
Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova forumda kənd qadınlarının iqtisadi səlahiyyətlənməsi mövzusunda çıxış edib. O, assosiasiyanın fəaliyyəti barədə ətraflı məlumat verib, “Azərbaycanda Qadın İnkişaf və Müəssisə Qrupları innovativ modeli” mövzusunda təqdimat keçirib.
Forum çərçivəsində Azərbaycan Kənd Qadınları Assosiasiyası və Qazaxıstan Kənd Qadınları İttifaqı arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan

Cəmiyyət 2019-11-09 22:16:00