Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Astarada bayraq yürüşü və fləşmob keçirilib

Astara, 11 noyabr, Bağır Əliyev, AZƏRTAC

Astara şəhərində Dövlət Bayrağı Gününə həsr olunmuş “Bayrağımız qürur mənbəyimizdir” devizi ilə ümumrayon bayraq yürüşü və fləşmob keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərin üç istiqamətindən start götürən yürüş iştirakçıları Dənizkənarı Park Bulvar Kompleksində yerləşən Dövlət Bayrağı Meydanına doğru hərəkət ediblər. Yürüşün ümumi məsafəsi 5300 metr təşkil edib.
Dövlət Bayrağı Meydanında üçrəngli bayraqlarımız qürurla dalğalandırılıb. Sonra sülh rəmzi olan göyərçinlər, dövlət bayrağımızın rənglərinə boyanmış şarlar səmaya buraxılıb və könüllü gənclər tərəfindən “Azərbaycan bayrağı” fləşmobu keçirilib.
Tədbir Astara Rayon Mədəniyyət Mərkəzinin “Sevinc” mahnı və rəqs ansamblı üzvlərinin ifasında vətənpərvərlik mahnıları ilə yekunlaşıb.

Regionlar 2019-11-09 20:42:00