Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Neftçi” səfər oyununda “Keşlə”yə məğlub olub

Bakı, 9 noyabr, Nicat Məmmədov, AZƏRTAC

Noyabrın 9-da futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, "Keşlə" klubu "ASCO Arena"da “Neftçi"ni qəbul edib.
Gənc referi Vüqar Həsənlinin idarə etdiyi görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 45+1-ci dəqiqədə qonaq komandadan Donald Gerye açıb. Haitili legioner "Neftçi"də ilk qoluna imza atıb. Matçın 73-cü dəqiqəsində Franko Flores qonaq komandanın səhvindən yararlanaraq bərabərlik qolunu vurub. Görüşün 82-ci dəqiqəsində isə Sezar Meza Kolli cərimə zərbəsini dəqiq yerinə yetirib.
Bu qələbədən sonra xallarını 19-a çatdıran "Keşlə" ikinci pilləyə yüksəlib. 18 xala malik "Neftçi" isə üçüncü pilləyə enib.

İdman 2019-11-09 19:44:00