×
A
A
A
Sazlamalar

İmişli regional ədliyyə idarəsi icra və probasiya şöbələrinin icra məmurları üçün tədris kursu keçirib

Bakı, 9 noyabr, AZƏRTAC
Ədliyyə Nazirliyinin İmişli regional ədliyyə idarəsi ərazi yurisdiksiyasına daxil olan İmişli, Beyləqan, Füzuli, Cəbrayıl, Biləsuvar və Saatlı rayonları üzrə icra və probasiya şöbələrinin icra məmurlarının hüquqi maarifləndirilməsi məqsədilə tədris kursu təşkil edib.
İdarədən AZƏRTAC-a bildiriblər ki, tədris kursunda İmişli regional ədliyyə idarəsinin əməkdaşı İlkin Savalan “İnzibati xətalar haqqında işlər üzrə məhkəmə qərarlarının və inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarlarının icra vəziyyətinin hüquqi tənzimlənməsi” mövzusunda iştirakçılara ətraflı məlumat verib və icra məmurlarının mövzuya dair suallarını cavablandırıb.
İmişli regional ədliyyə idarəsinin rəisi Hakim Məmmədov “Ədliyyə Nazirliyi üzrə intizam məsuliyyətinə cəlb edilmə təcrübəsinin ümumiləşdirilməsi nəticələri barədə” 2019-cu il 28 iyun tarixli Kollegiya qərarı ilə bağlı tədbir iştirakçılarına məlumat verib. H.Məmmədov yerli ədliyyə qurumlarında işçilərin əmək və icra intizamına ciddi əməl etmələrinin vacibliyini diqqətə çatdırıb.

Sosial 2019-11-09 19:32:00