Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

UEFA Çempionlar Liqasının dördüncü turunun ən yaxşı qolu açıqlanıb

Bakı, 9 noyabr, Nicat Məmmədov, AZƏRTAC
Noyabrın 9-da UEFA Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turunun ən yaxşı qolu bəlli olub.
AZƏRTAC UEFA-nın saytına istinadla xəbər verir ki, İtaliyanın “Yuventus” komandasının hücumçusu Duqlas Kosta Rusiyanın “Lokomotiv” klubuna vurduğu qol həftənin ən yaxşısı seçilib.
Qeyd edək ki, “Yuventus” səfərdə “Lokomotiv”i 2:1 hesabı ilə məğlub edib. Braziliyalı hücumçu həmin görüşdə hesab 1:1 olanda 70-ci dəqiqə meydana daxil olub və iyirmi dəqiqə sonra komandasının qələbə qolunu vurub.

İdman 2019-11-09 19:21:00