Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycan Premyer Liqası: “Qəbələ” öz meydanında “Sabah”ı məğlub edib

Bakı, 9 noyabr, Nicat Məmmədov, AZƏRTAC

Noyabrın 9-da futbol üzrə Azərbaycan Premyer Liqasının 11-ci turuna start verilib.
AZƏRTAC xəbər verir ki, turun açılış matçında “Qəbələ” öz meydanında “Səbail” komandasını qəbul edib. Qəbələ şəhər stadionunda keçirilmiş görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. İlk iki topu 22-ci və 45+2-ci dəqiqələrdə Davit Volkov vurub. Bununla da gürcüstanlı hücumçu qollarının sayını 4-ə çatdırıb. Oyunda son nöqtəni isə 90-cı dəqiqədə Ülvü İsgəndərov qoyub.
Matçın 80-ci dəqiqəsində “Səbail”in futbolçusu Əli Sadıxov qırmızı vərəqə ilə cəzalandırılıb.
Bu qələbəyə baxmayaraq, “Qəbələ” 9 xalla sonuncu pillədə qalıb. “Səbail” isə 11 xalla 4-dür.
Qeyd edək ki, turun ilk oyun günü ikinci görüşü “ASCO Arena”da “Keşlə” və “Neftçi” komandaları arasında oynanılır.
Tura noyabrın 10-da "Sabah" - "Sumqayıt" və "Qarabağ" - "Zirə" matçları ilə yekun vurulacaq.

İdman 2019-11-09 18:57:00