Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Pensiya sistemi ilə bağlı qanunvericiliyə dair ictimai müzakirə keçirilib

Bakı, 9 noyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) sosial sahə üzrə normativ hüquqi aktların layihələrinin hazırlanması prosesində ictimai iştirakçılığın təmin edilməsinə xüsusi önəm verir. Bu istiqamətdə növbəti addım kimi, nazirlikdə pensiya sistemi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi məsələlərinə dair ictimai müzakirə təşkil olunub.
ƏƏSMN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə pensiya təminatı sahəsində aparılan islahatlar barədə məlumat verilib. İslahat tədbirlərinin hazırlanması və həyata keçirilməsi işlərində vətəndaş cəmiyyətlərinin fəal iştirakına şərait yaradılmasının diqqətdə saxlanıldığı vurğulanıb.
Görüşdə iştirak edən QHT nümayəndələri belə ictimai müzakirələrin təşkilinin sosial sahədə aparılan islahatlar prosesində müsbət nəticələrə nail olunmasında əhəmiyyətini vurğulayıblar.
Sonra mövzu ətrafında müzakirələr aparılıb. Pensiya təminatının yaxşılaşdırılması istiqamətində əldə olunan nailiyyətlər qeyd edilib, bu sahənin inkişaf perspektivləri və müvafiq normativ hüquqi bazanın təkmilləşdirilməsi məsələlərinə dair təklif və tövsiyələr irəli sürülüb.

Cəmiyyət 2019-11-09 15:47:00