Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

UEFA Çempionlar Liqasının dördüncü turunun ən yaxşı oyunçusu açıqlanıb

Bakı, 9 noyabr, Nicat Məmmədov, AZƏRTAC

Noyabrın 9-da UEFA Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turundakı oyunların yekunlarına əsasən həftənin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
AZƏRTAC UEFA-nın saytına istinadla xəbər verir ki, İspaniyanın “Real Madrid” klubunun gənc hücumçusu Rodriqo keçirilən səsvermə nəticəsində həftənin ən yaxşı futbolçusu seçilib.
On səkkiz yaşlı braziliyalı hücumçu komandasının Türkiyənin “Qalatasaray” klubunu 6:0 hesabı ilə məğlub etdiyi oyunda 3 qol vuraq komandasının vacib qələbəsində rol oynayıb.
Futbolçu səsvermədə Keylor Navası (“Paris Sen-Jermen”, Fransa), Əşrəf Həkimini (“Borussiya”, Almaniya), və Son Mini (Tottenhem”, İngiltərə) qabaqlayıb.

İdman 2019-11-09 15:36:00