×
A
A
A
Sazlamalar

® “AtaBank” Dövlət Bayrağı Günündə sığınacaqdakı uşaqlarla görüşüb

“AtaBank” ASC Korporativ Sosial Məsuliyyət layihələri çərçivəsində 2019-cu il üçün nəzərdə tutulmuş növbəti xeyriyyə aksiyasını Dövlət Bayrağı Gününə həsr edib. Bankın əməkdaşları Binəqədi rayonu, Hüsü Hacıyev küçəsi, 23 ünvanında yerləşən “Təmiz Dünya” İctimai Birliyinin nəzdindəki qadın və uşaq sığınacağını ziyarət ediblər.

Bank heyəti sığınacaqda məskunlaşan uşaqları 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə təbrik edərək onlara müxtəlif rəssamlıq ləvazimatları və şirin sovqat hədiyyə edib.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi 1999-cu ildə Mehriban Zeynalova tərəfindən təsis edilib və 2002-ci ildən çətin həyat şəraitinə düşmüş qadın və uşaqlar üçün sığınacaq xidməti fəaliyyətini göstərir. Hazırda təşkilatın rəhbərliyini Mehriban Zeynalovanın qızı Elnurə Zeynalova müvəffəqiyyətlə davam etdirir.
“AtaBank” ASC-nin Biznesin İnkişafı Departamentinin direktoru Oruc İbrahimov ziyarətlə əlaqədar deyib: “Bu cür tədbirlər məişət zorakılığından əziyyət çəkmiş və ya valideyn himayəsindən məhrum olan uşaqların ehtiyac və arzularına diqqət yetirmək, onları sevindirmək məqsədilə keçirilir. Lakin bu gün ən böyük sürpriz onlara bəxş etdiyimiz sevinc yox, onların bizə hazırladığı şeirlər və əl işləri oldu”.
Hər zaman sosial məsuliyyətə önəm verən “AtaBank”ın belə tədbirlərin təşkilini bundan sonra da davam etdirəcəyi bildirilib.
Tədbir zamanı bank əməkdaşları uşaqlarla xatirə video və şəkil çəkdiriblər.
1993-cü ildən fəaliyyət göstərən “AtaBank” ASC 100 faiz yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Maliyyə 2019-11-09 14:55:00