Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Grand Chess Tour 2019”: Şəhriyar Məmmədyarov blits turnirində mübarizəyə qoşulur

Bakı, 9 noyabr, AZƏRTAC

Noyabrın 9-da Buxarestdə “Grand Chess Tour 2019” seriya turnirinin blits yarışına start veriləcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov turnirin ilk 9 turunda mübarizə aparacaq.
Qeyd edək ki, “Grand Chess Tour 2019” seriyası çərçivəsində rapid yarışı artıq başa çatıb. Yekun nəticəyə görə, Ş.Məmmədyarov 10 xalla ikinci-dördüncü yerləri bölüşür. Ukraynalı şahmatçı Anton Korobov 12 xalla birinci pillədə qərarlaşıb.
Blits turniri 18 turdan ibarət olacaq. Şahmatçılar noyabrın 10-da daha 9 turda qüvvələrini sınayacaqlar. Turnirin mükafat fondu 150 min ABŞ dollarıdır.
Xatırladaq ki, “Grand Chess Tour 2019” turnirinin əvvəlki mərhələləri Abican, Zaqreb, Paris və Sent-Luis şəhərlərində keçirilib. Yarışın növbəti mərhələsi Kəlkətə şəhərində təşkil ediləcək. Final seriyasının matçları isə noyabrın 30-dan dekabrın 10-dək Londonda keçiriləcək.

İdman 2019-11-09 12:44:00