Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Ağcabədidə karaoke müsabiqəsinin qalibləri mükafatlandırılıb

Ağcabədi, 9 noyabr, AZƏRTAC
Ağcabədidə 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə keçirilən karaoke müsabiqəsinin qalibləri məlum olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Qarabağ Muğam Mərkəzində keçirilən müsabiqədə ümumtəhsil və musiqi məktəblərinin şagirdləri, pedaqoji kollecin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının tələbələri iştirak ediblər.
Münsiflər heyətinin qərarına əsasən Qarabağ Muğam Mərkəzinin komandası birinci, Ağcabədi şəhər uşaq musiqi məktəbinin komandası ikinci, Hacıbədəlli kənd musiqi məktəbinin komandası isə üçüncü yerə layiq görülüb. Qalib komandalara Gənclər və idman idarəsinin diplomları təqdim olunub.

Regionlar 2019-11-09 01:22:00