Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İngiltərədə yağan şiddətli yağışlar sel və daşqınlara səbəb olub

London, 9 noyabr, AZƏRTAC
İngiltərədə yağan şiddətli yağışlar sel və daşqınlara səbəb olub.
AZƏRTAC xəbər verir ki, Yorkşir bölgəsində insanlar evlərindən təxliyə ediliblər. Sel və daşqınlar nəticəsində 1 nəfər həyatını itirib. Onun cəsədi Derbişirdəki Dervent çayından tapılıb. Polis cəsədin şəxsiyyətini müəyyənləşdirməyə çalışır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi 100-dən çox daşqın olacağı ilə bağlı xəbərdarlıq edib.

 

Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London

Dünya 2019-11-09 00:03:00